Rəhbərlik

Elxan Bəşirov
Filialın Direktoru
Elxan Bəşirov 22 iyul 2025-ci il tarixindən etibarən “Ümid Babək Əməliyyat Şirkəti”nin (UBOC) Azərbaycan Respublikasındakı filialının direktoru təyin olunub. O, enerji sektorunda təxminən 20 illik beynəlxalq təcrübəyə malik olmaqla BP-də əməliyyatlar, strategiya və birgə müəssisələrin idarə olunması sahələrində rəhbər vəzifələrdə çalışıb.
Peşəkar fəaliyyətinin ən önəmli mərhələsi İraqda dünyanın ən böyük neft yataqlarından biri olan Rumaila yatağında Əməliyyatlar üzrə rəhbər vəzifəsindəki xidmətləri ilə bağlıdır. O, burada çoxmillətli komandaya rəhbərlik etməklə gündəlik 950 min bareldən artıq hasilatın idarə olunmasını həyata keçirib. Bundan başqa, Londonda BP-nin İcraçı Rəhbərlik Ofisində Biznes Müşavir kimi çalışaraq qlobal enerji sektoru üzrə strateji biliklər qazanıb.
Hazırda Elxan Bəşirov Oksford Universitetində menecerlər üçün nəzərdə tutulmuş ixtisasartırma proqramını davam etdirir.
Daha çox oxu