Ümid-1 Hasilatın Sürətləndirilməsi
İxrac məhdudiyyətlərini aradan qaldırmaq (hazırda 3 milyon m³/gün qaz ilə məhdudlaşdırılıb) və əlavə iki quyunun qazılması yolu ilə mövcud Ümid-1 Platformasından hasilatın artırılması. İstehsal potensialı 8,1 milyon m³/gün qaz və 1200 ton kondensat səviyyəsində qiymətləndirilir.
Daha ətraflı
Umid-2 Platforması
İxrac məhdudiyyətlərini aradan qaldırmaq (hazırda 3 milyon m3/gün qaz ilə məhdudlaşdırılıb) və əlavə iki quyunun qazılması yolu ilə mövcud Ümid-1 Platformasından hasilatı artırın. İstehsal potensialı 8,1 milyon m3/gün qaz və 1200 ton kondensat səviyyəsində qiymətləndirilir.
Daha ətraflı
Dashgil-2 Terminalı

Babək kəşfiyyatı

1
Ümid-1 Hasilatın Sürətləndirilməsi
2
Umid-2 Platforması
3
Dashgil-2 Terminalı
4
Babək kəşfiyyatı
Sağlamlıq və Təhlükəsizlik

“Umid Babək Əməliyyat Şirkətinin” Azərbaycan Respublikasındakı Filialı (UBOC) sağlamlıq, təhlükəsizlik, keyfiyyət və ətraf mühitin idarə edilməsi sistemlərini ISO 9001, 14001 və 45001 standartlarına uyğun idarə edir. Sistem şirkətin bütün əməliyyat prosedurlarını və təminat proseslərini əhatə edir. UBOC Avropa standartlarının tələblərinə istinad edərək qanunvericiliyin, standartların, şirkət prosedurlarının və siyasətlərinin yerinə yetirildiyinə və onlara əməl edildiyinə əmin olmaq üçün daxili və xarici auditlər vasitəsilə daim nəzarətdə saxlayır.

UBOC “Ümid” karbohidrogen yatağı və “Babək” perspektiv strukturu üzrə neft-qaz əməliyyatlarını, həmçinin quruda Daşgil-2 Terminalının inşası da daxil olmaqla dəniz blokunun kəşfiyyatı və işlənməsi ilə ilə əlaqədar neft-qaz sənayesində əməyin təhlükəsizliyi və sağlamlıq üzrə ən qabaqcıl şirkət olmaq üçün çalışır.

Biz “Qəzasız iş, insanlara və ətraf mühitə zərərsiz fəaliyyət” siyasətinə sadiq qalaraq, inanırıq ki,  sağlamlıq və təhlükəsiz iş performansı səmərəli və uğurlu işin ayrılmaz hissəsidir. Bu məqsədlə, biz böyük səylə çalışırıq ki, təhlükəsiz idarəetmə sistemini və SƏTƏMM göstəricilərini daim yaxşılaşdıraq.

Şirkətimizin məqsədi UBOC-un işçi heyətinin və podratçılarının maksimal dərəcədə təhlükəsizliyi təmin etmək, həmçinin bütün istehsalat əməliyyatlarının, quyular və layihələrin bütövlüyünü qorumaqdır.

Bu məqsədlə şirkətimizin İnteqrə Edilmiş İdarəetmə sistemi yaradılmış, keyfiyyət, sağlamlıq,təhlükəsizlik və ətraf mühitin mühafizəsi ilə öhdəlikləri özündə əks etdirən siyasətləri inkişaf etdirilmişdir.

UBOC-un KSƏTƏMM departamenti quruda və dənizdə aparılan bütün əməliyyatların təhlükəsiz aaparılması məqsədilə müvafiq prosedurlar, planlar, risk qiymətləndirmələri və s. sənədləri inkişaf etdirməklə, bütün işçilərin yerli qanunvericilik, beynəlxalq satndartlar və şirkət daxili prosedurlara əməl etməsini təmin edir.

UBOC şirkəti Keyfiyyət, Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi üzrə İnteqrəedilmiş İdarəetmə Sisteminin beynəlxalq standartlar üzrə sertifikatlaşdırılmasına nail olmuşdur. UBOC ISO-9001, ISO-14001, ISO-45001 sertifikatlarına layiq görülmüşdür.