Ümid-1 Hasilatın Sürətləndirilməsi
İxrac məhdudiyyətlərini aradan qaldırmaq (hazırda 3 milyon m³/gün qaz ilə məhdudlaşdırılıb) və əlavə iki quyunun qazılması yolu ilə mövcud Ümid-1 Platformasından hasilatın artırılması. İstehsal potensialı 8,1 milyon m³/gün qaz və 1200 ton kondensat səviyyəsində qiymətləndirilir.
Daha ətraflı
Umid-2 Platforması
İxrac məhdudiyyətlərini aradan qaldırmaq (hazırda 3 milyon m3/gün qaz ilə məhdudlaşdırılıb) və əlavə iki quyunun qazılması yolu ilə mövcud Ümid-1 Platformasından hasilatı artırın. İstehsal potensialı 8,1 milyon m3/gün qaz və 1200 ton kondensat səviyyəsində qiymətləndirilir.
Daha ətraflı
Dashgil-2 Terminalı
İxrac məhdudiyyətlərini aradan qaldırmaq (hazırda 3 milyon m3/gün qaz ilə məhdudlaşdırılıb) və əlavə iki quyunun qazılması yolu ilə mövcud Ümid-1 Platformasından hasilatı artırın. İstehsal potensialı 8,1 milyon m3/gün qaz və 1200 ton kondensat səviyyəsində qiymətləndirilir.
Daha ətraflı
Babək kəşfiyyatı
İxrac məhdudiyyətlərini aradan qaldırmaq (hazırda 3 milyon m3/gün qaz ilə məhdudlaşdırılıb) və əlavə iki quyunun qazılması yolu ilə mövcud Ümid-1 Platformasından hasilatı artırın. İstehsal potensialı 8,1 milyon m3/gün qaz və 1200 ton kondensat səviyyəsində qiymətləndirilir.
Daha ətraflı
1
Ümid-1 Hasilatın Sürətləndirilməsi
2
Umid-2 Platforması
3
Dashgil-2 Terminalı
4
Babək kəşfiyyatı
Tariximiz

“Ümid Babək Əməliyyat Şirkəti”

 

Seysmik kəşfiyyat işlərinin analizinə əsasən “Ümid-Babək” dəniz bloku vahid blok təşkil edir. Bunu əsas götürərək, 02 may 2016-cı il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Xəzər dənizinin Azərbaycan sektorunda “Ümid” yatağının və “Babək” perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında Risk Xidmət Sazişi hazırlanmışdır. Azərbaycan Respublikasının 2 may 2017-ci il tarixli 656-VQ nömrəli Qanunu ilə “Xəzər dənizinin Azərbaycan sektorunda Ümid yatağının və Babək perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında” SOCAR ilə “SOCAR Umid Oil and Gas Limited” şirkəti arasında Risk Xidmət Sazişi və ona əlavə olunmuş “Xəzər dənizinin Azərbaycan sektorunda Ümid yatağının və Babək perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında” “SOCAR Umid Oil and Gas Limited” şirkəti ilə “Umid, Babek Exploration and Production” şirkəti arasında Müqavilə təsdiq edilərək, onların həyata keçirilməsinə icazə verilmişdir. Bununla da “SOCAR ÜMİD” MMC-nin fəaliyyətinə xitam verilmişdir.

 

Hal-hazırda yuxarıda qeyd edilmiş Sazişi və Müqavilələrdən irəli gələn məsələlərin icrası ilə bağlı “Umid-Babək” blokunun işlənməsi və istismarı üzrə əməliyyatların idarəolunması işlərinin icrası “Ümid Babək Əməliyyat Şirkəti”nə həvalə olunmuşdur. 

 

Öhdəliklər “Ümid Babək Əməliyyat Şirkəti”nin Azərbaycan Respublikasındakı filialına ötürüldükdən sonra Azərbaycan Respublikasının enerji təhlükəksizliyinin tənzimlənilməsi və qaz enerji balansının yerinə yetirilməsi məqsədilə “Ümid yatağının işlənmə planı” və “Babək perspektiv strukturunun kəşfiyyat planı” hazırlanaraq, layihənin icrasına 2018-ci ilin yanvarında başlanılmışdır.

 

“Ümid Babək” layihəsi ölkənin yanacaq enerji balansının tənzimlənməsində əhəmiyyətli rol oynayır. “Ümid” yatağının işlənməsinin genişləndirilməsi məqsədilə “Ümid-1 platformasından Hasilatın Sürətləndirilməsi” layihəsi üzrə işlər birbaşa SOCAR-ın rəhbərliyi ilə uğurla davam etdirilir. “Hasilatın Sürətləndirilməsi” beynəlxalq təcrübəyə əsaslanaraq, innovativ texnologiyalar və müasir avadanlıqlarla reallaşdırılan ilk layihələrdəndir. Layihədə əsas hədəf “Ümid-1” özülündən nəql sistemindəki məhdudiyyətləri aradan qaldırıb, yeni quyular qazmaqla hasilatı artırmaqdan ibarət olmuşdur.

 

Ümid” yatağı və “Babək” perspektiv strukturu barədə ümumi məlumat

 

“Ümid-Babək” dəniz bloku Xəzər dənizi akvatoriyasında, Bakı şəhərindən 75 km cənubda yerləşir. Ümid yatağı ərazisində suyun dərinliyi 50-120 m. Babək perspektiv zonasında isə 60-650 m aralığında dəyişir. Beynəlxalq klafikasiyaya əsasən yatağ yüksək təzyiqli normal temperaturlu qaz kondensat yatağıdır.

 

“Ümid” strukturu 1953-cü ildə geoloji kəşfiyyat işləri zamanı müəyyən edilib. Burada dərin axtarış qazmasına 1977-ci ildə başlanılıb. 1977-1996-cı illərdə strukturda 9 axtarış-kəşfiyyat quyusu qazılsa da, müsbət nəticə əldə edilməmişdir. Müxtəlif illərdə strukturda aparılmış ikiölçülü (2D) seysmik kəşfiyyat işləri nəticəsində sahənin geoloji quruluşunda dəqiqləşdirilmələr aparılmıdşır. Şahdəniz yatağının kəşfi və Cənub Qafqaz boru kəmərinin inşası və ölkəmizdə qaz startegiyasının yenidən qurulması planının bir hissəsi olaraq yeni qaz yataqlarının kəşfinin sürətləndirlməsi istiqamətində yeni planlar “Ümid” strukturunu da əhətə etmişdir. Belə ki, strukturu qiymətləndirmək məqsədilə axtarış-kəşfiyyat quyusunun qazılması qərara alınımışdır. SOCAR-ın daxili imkanları hesabına yataqdakı bir axtarış və 5 qabaqlayıcı istismar quyusunun qazılması məqsədilə “Ümid-1” platforması 2009-cu ilin iyun ayında istifadəyə verilmiş və həmin ilin avqustunda platformadan ilk kəşfiyyat quyusunun qazılmasına başlanılmışdır. Qırışığın şimali-şərq sahəsində qazılan U1-8 saylı axtarış quyusu 2010-cu ilin noyabrında 6.006 metr dərinliyə çatdırılmış və yatağın qaz doyumluluğu aşkarlanmışdır.

 

İlkin hesablamalara görə, yatağın ehtiyatları 200 milyard m³ qaz və 40 milyon ton kondensat həcmində qiymətləndirilir.

 

2012-ci ildə U1-10 saylı qiymətləndirici quyu ilə sınaq istismarına başlanılmış və geoloji/geofiziki və dinamik məlumatlar əldə edildikcə yatağın 2014-cü ildə sahəvi işlənmə və 2018-ci ildə Şimal sahəsinin tam miqyaslı işlənməyə cəlb edilməsi planları SOCAR tərəfindən razılaşdırılmışdır. İlk öncə mövcud “Ümid-1” platformasında quyuların qazılması və tamamlanması təkmilləşdirilərək, hasilatın sürətləndirməsi məqsədilə əlavə 2 quyu qazlılmaqla, gündəlik hasilat gücü 8.1 mln m3 qaz 1150 ton kondensata kimi qaldırılmışdır. Növbəti mərhələdə Şimal sahəyə “Ümid-2” platformasından əlavə 3 quyunun qazılıb, istismara verlməsi ilə yataq üzrə hasilat 12 mln m3 qaz və 1450 kondensata kimi qaldırılacaqdır. Ümid yatağından hasilatın sabit saxlanılması və tam miyaslı axtarış kəşfiyyat və işlənməyə cəlb edilməsi məqsədilə Cənub sahəyə və dərin laylara kəşfiyyat quyusnun qazılması planlaşdırılmış və 2023-2027-ci il proqramına əlavə olaraq icra ediləcəkdir.

 

“Babək” perspektiv strukturu Geoloji cəhətdən “Ümid-Babək” tektonik blokunun bir hissəsi olan “Babək” strukturu “Ümid” qaz-kondensat yatağının davamı kimi palçıq vulkanı ilə iki müxtəlif sahəyə ayrılır.  “Babək” qalxımı 1959-cu ildə seysmik kəşfiyyat nəticəsində aşkar edilib. Ümid yatağının kəşfi və ilkin istismara verilməsindən sonra Ümid–Babək dəniz blokunda birlikdə 2012-ci ildə “Babək” strukturunda üçölçülü (3D) seysmik kəşfiyyat işləri aparılmış və strukturun geoloji quruluşu bir daha dəqiqləşdirilmişdir. Layihə dərinliyi 7000 metrə yaxın olacaq axtarış kəşfiyya quyusunun dənizin 62 metr olan sahəsində qazılması planlaşdırılır.