Ümid-1 Hasilatın Sürətləndirilməsi
İxrac məhdudiyyətlərini aradan qaldırmaq (hazırda 3 milyon m³/gün qaz ilə məhdudlaşdırılıb) və əlavə iki quyunun qazılması yolu ilə mövcud Ümid-1 Platformasından hasilatın artırılması. İstehsal potensialı 8,1 milyon m³/gün qaz və 1200 ton kondensat səviyyəsində qiymətləndirilir.
Daha ətraflı
Umid-2 Platforması
İxrac məhdudiyyətlərini aradan qaldırmaq (hazırda 3 milyon m3/gün qaz ilə məhdudlaşdırılıb) və əlavə iki quyunun qazılması yolu ilə mövcud Ümid-1 Platformasından hasilatı artırın. İstehsal potensialı 8,1 milyon m3/gün qaz və 1200 ton kondensat səviyyəsində qiymətləndirilir.
Daha ətraflı
Dashgil-2 Terminalı
İxrac məhdudiyyətlərini aradan qaldırmaq (hazırda 3 milyon m3/gün qaz ilə məhdudlaşdırılıb) və əlavə iki quyunun qazılması yolu ilə mövcud Ümid-1 Platformasından hasilatı artırın. İstehsal potensialı 8,1 milyon m3/gün qaz və 1200 ton kondensat səviyyəsində qiymətləndirilir.
Daha ətraflı
Babək kəşfiyyatı
İxrac məhdudiyyətlərini aradan qaldırmaq (hazırda 3 milyon m3/gün qaz ilə məhdudlaşdırılıb) və əlavə iki quyunun qazılması yolu ilə mövcud Ümid-1 Platformasından hasilatı artırın. İstehsal potensialı 8,1 milyon m3/gün qaz və 1200 ton kondensat səviyyəsində qiymətləndirilir.
Daha ətraflı
1
Ümid-1 Hasilatın Sürətləndirilməsi
2
Umid-2 Platforması
3
Dashgil-2 Terminalı
4
Babək kəşfiyyatı
UBOC qazma işləri
.

“Ümid-Babək yatağı yüksək təzyiqli ~15K  qaz və qaz-kondensat yatağı olmaqla, quyuların qazma dərinliyi 6500 metrə çatır. UBOC hal-hazırda “Umid-1” dəniz platformasından əməliyyatları icra edir.  “Ümid” yatağında qazma əməliyyatları, layın təzyiqindən və struktur deformasiyalarından qaynaqlanan çətin geoloji şəraitlərdə aparılır. Müxtəlif lay keçidləri, səth qazın, yüksək təzyiq, mərkəzi təsir və tükənmiş təbəqələr kimi geoloji mürəkkəbləşmələr daxildir.

 

“Ümid-1” platforması Abşeron yarımadasından 75 km cənub-qərbdə 58 m su dərinliyində  2008-ci ildə SOCAR tərəfindən quraşdırılmışdır. Qazma əməliyyatlarına 2009-cu ildə “U1-08” kəşfiyyat quyusunun qazılması ilə başlanılmışdır. Qazma əməliyyatlarına başlamazdan əvvəl SOCAR Tikinti Tresti tərəfindən rotordan 120 metr dərinliyə  6 ədəd  x 32" diametrli suayırıcı borular vurma üsulu ilə endirilmişdir.  2009-2018-ci illər ərzində “Ümid-1” platformasında beş quyu qazılmışdır. SOCAR Kompleks Qazma İşləri Tresti (KQİT)  tərəfindən üç quyu (U1-08, U1-10 ST2 və U1-12 ST) və SOCAR-AQŞ tərəfindən iki quyu (U1-14ST, U1-16) “açar təhvili” müqaviləsi altında qazılaraq təhvil verilmişdir.

 

2018-ci ildən başlayaraq UBOC Qazma və Tamamlama komandalarını genişləndirərək gələcəkdə qazılacaq quyular üçün “açar təhvili” müqavilədən “günə-muzd” müqaviləyə keçid etmək qərarına gəlmişdir.  “U1-16” saylı quyuda UBOC mühəndisləri tərəfindən dizayında edilmiş təkmilləşdirilmə  hasilatı 1 Mm3-dən 2 Mm3-ə qədər artırmağa imkan vermişdir. “U1-16” saylı istismar quyusu UBOC Quyuların tamamlanması və əsaslı təmiri şöbəsi tərəfindən yeni konstruksiya ilə tamamlanmış və çevik boru ilə perforatorların quyuya canlı endirmə sistemi (Live Well Deployment) vasitəsilə perforasiya edilmiş ilk quyudur.

 

UBOC komandası tərəfindən “günə-muzd” müqavilə əsasında qazılmış ilk quyu “U1-18 ST” istismar quyusudur.  “Ümid-1” platformasından qazılmış quyularla müqayisədə bu quyunun qazılmasında xərclərə xeyli qənaət edilmiş, dərinlik və vaxt optimallaşdırılmış və ümumi quyu bütövlüyünün keyfiyyəti artırılmışdır.

 

2019-cu ildən etibarən UBOC quyuların planlaşdırılması, icrası üçün əlavə işçilər cəlb edərək öz personalını genişləndirmişdir. Quyu tikintisi zamanı lazım olan bütün avadanlıqların yerləşdirilməsi üçün anbar sahəsi, liman ərazisi genişləndirilmişdir. “Günə-muzd” müqavilə əsasında qazılmış ilk quyu gözləniləndən daha uzun müddətə qazılmasına baxmayaraq, UBOC-un uğurlu planlaşdırılması və icrası qabiliyyətini nümayiş etdirmişdir.

 

Hasilatın sürətləndirilməsi proqramının bir hissəsi olaraq platformanın hazırkı dizaynına əlavə iki quyu yeri əlavə edilmişdir. Suayırıcı kəmərinin vurulması mühəndislik, tikinti, planlaşdırma və icrası UBOC komandası tərəfindən uğurla tamamlanmışdır. Bu, SOCAR tarixində ilk dəfə idi ki, hidravlik çəkic sistemlərindən istifadə etməklə 36” Suayırıcı kəmər istismarda olan platformadan uğurla vurulmuşdur. Layihənin planlaşdırılması və icrası zamanı UBOC bir sıra texnoloji yenilikləri tətbiq etmişdir ki, (hidravlik çəkic, boru və yiv dizaynı, ölçüləri, qapalı ucluq və s.) bu da öz növbəsində layihənin uğurunu daha da artırmışdır. Bu yanaşma suayırıcı kəmərin 183 metrə qədər dərinləşdirməyə imkan vermiş və ən əsası, UBOC quyu dizaynını təkmilləşdirməyə nail olaraq, quyunun yuxarı intervallarında olan riskləri minimuma endirməklə quyu bütövlüyünün təmin olunmasına və qazma müddətinin azaldılmasına səbəb olmuşdur.

 

“Ümid-1” platformasında hasilatın sürətləndirilməsi və yatağın işlənməsi məqsədilə növbəti “U1-20” istismar quyusunun qazılmasına başlanılmışdır. Quyu 2022-ci ildə Ümid yatağında rekord müddətə - 267 gün ərzində 6540 metr MD dərinliyə qazılmışdır. “Ümid-1”-də qazma və tamamlama əməliyyatlarında qazma səmərəliliyi (62%), quyuların tamlığı, quyuların xərclərə qənaəti baxımından nəzərəçarpacaq optimallaşma (25%) əldə edilmiş və quyu uğurla istismara təhvil verilmişdir.

 

Bundan əlavə, UBOC-un Qazma və Tamamlama şöbələri “Ümid” Yüksək Təzyiqli qaz-kondensat yatağının işlənməsinin planlaşdırılmasında, o cümlədən “Ümid” Cənub Qanadında  axtarış, “Ümid-2” (Şimal qanadı) axtarış, “Babək” dayaz sulu hissəsində kəşfiyyat quyularının planlaşdırılmasında yaxından iştirak etmişdir.

 

“Ümid” Cənub Qanadında qazılması nəzərdə tutulan axtarış quyusu SOCAR fəaliyyət tarixində sualtı quyuağzı ilə qazılan ilk qiymətləndirmə/kəşfiyyat quyusu olacaqdır. Quyunun 2200 at gücünə malik özüqalxan üzən qazma qurğusundan istifadə etməklə qazılması nəzərdə tutulmuşdur. Quyunun dərinliyi təxminən 7000 metr olmaqla yanaşı, SOCAR-ın fəaliyyəti tarixində qazılmış ən mürəkkəb quyu olacağı gözlənilir. Əsas lülə qazıldıqdan sonra konservasiya olunaraq, yan lülələrin rezervuar hissəyə qazılması, daha sonra ölçü işləri və quyu sınaqlarının aparılacağı gözlənilir. Yekunda quyu istismara təhvil veriləcəkdir.

 

UBOC Xəzər regionunda, beynəlxalq təcrübəli, 100%-ə yaxın yerli qazma və tamamlama mütəxəssislərinə malikdir. Quyularda qazma və tamamlama bitdikdən sonra öyrənilmiş dərslər, podratçıların avadanlıqlarının, personalının qiymətləndirilməsi, gündəlik raportlar, uyğunsuzluq sənədlərinin detallı analizi, qazma və tamamlama komandalarına davamlı olaraq inkişaf etməyə, əməliyyat strategiyalarını quyu dizaynının modifikasiyalarını əhatə edən əlavə optimallaşdırma aparmaqla daha təhlükəsiz, ən son nəsil texnologiyalardan istifadə etməklə və daha sürətli icra etməyə imkan verir.

 

UBOC-un Geologiya, Qazma və Tamamlama komandalarının missiyası SOCAR-ın korporativ məqsədlərinə cavab verməklə, keyfiyyət, sağlamlıq, təhlükəsizlik və ətraf mühit standartlarını təmin etmək, yüksək keyfiyyətli, quyuların planlaşdırılması, qazılması, tamamlanması və istismara verilməsidir.

 

UBOC Qazma və Tamamlama komandaları quyunun qazma əməliyyatlarına birbaşa nəzarət etməklə yanaşı, layihənin ilkin planlaması, yerli normalara uyğunluğunu və nəzarəti həyata keçirir. Qazma işlərinin müvəffəqiyyətlə icra olunması üçün sementləmə, qazma məhlulları, sualtı işlər, buruq və quyu bütövlüyü üzrə mütəxəssisləri komandada cəmləşdirilmişdir.