okt 25, 2024
19-20 oktyabr tarixlərində “Ümid Babək Əməliyyat Şirkəti”nin (UBOC) U1-22 saylı quyusunun uğurla istismara verilməsini qeyd etmək və əməkdaşlar arasında komanda ruhunu gücləndirmək məqsədilə “Team Building” tədbiri baş tutub
19-20 oktyabr tarixlərində “Ümid Babək Əməliyyat Şirkəti”nin (UBOC) U1-22 saylı quyusunun uğurla istismara verilməsini qeyd etmək və əməkdaşlar arasında komanda ruhunu gücləndirmək məqsədilə “Team Building” tədbiri baş tutub.
UBOC-un filial direktoru Rəhim Cavadovun iştirakı ilə keçirilən tədbirdə, əməkdaşlarımız arasında iki fərqli intellektual komanda oyunları keçirilib. Bu oyunlar, əməkdaşlarımıza əyləncəli anlar yaşatmaqla yanaşı, komandalarımızın bir-birini daha yaxından tanımasına və birgə əməkdaşlıq bacarıqlarını inkişaf etdirməsinə imkan yaradıb. Tədbirdə 200-ə yaxın əməkdaş iştirak edib.
“Team Building” tədbiri çərçivəsində keçirilən Qala Mərasimində komanda oyunlarında qalib yer tutan komandalarına hədiyyələr təqdim edilib. Eyni zamanda, U1-22 saylı quyunun uğurla istismara verilməsində əldə olunan nailiyyətlərə görə əməkdaşlar sertifikatla təltif olunublar.
İştirak edən hər bir əməkdaşımıza dərin təşəkkürümüzü bildirir, birlikdə daha çox uğurlu layihələrə imza atmağı arzu edirik!