Ümid-1 Hasilatın Sürətləndirilməsi
İxrac məhdudiyyətlərini aradan qaldırmaq (hazırda 3 milyon m³/gün qaz ilə məhdudlaşdırılıb) və əlavə iki quyunun qazılması yolu ilə mövcud Ümid-1 Platformasından hasilatın artırılması. İstehsal potensialı 8,1 milyon m³/gün qaz və 1200 ton kondensat səviyyəsində qiymətləndirilir.
Daha ətraflı
Umid-2 Platforması
İxrac məhdudiyyətlərini aradan qaldırmaq (hazırda 3 milyon m3/gün qaz ilə məhdudlaşdırılıb) və əlavə iki quyunun qazılması yolu ilə mövcud Ümid-1 Platformasından hasilatı artırın. İstehsal potensialı 8,1 milyon m3/gün qaz və 1200 ton kondensat səviyyəsində qiymətləndirilir.
Daha ətraflı
Dashgil-2 Terminalı

Babək kəşfiyyatı

1
Ümid-1 Hasilatın Sürətləndirilməsi
2
Umid-2 Platforması
3
Dashgil-2 Terminalı
4
Babək kəşfiyyatı
Əməliyyatlar

“Ümid-Babək” dəniz bloku Bakı şəhərindən cənubda 75 km məsafədə, Xəzər dənizində yerləşir. “Umid” yatağı müstəqillik dövründə - 2010-cu ildə SOCAR-ın daxili imkanları hesabına kəşf edilmiş ilk qaz kondensat yatağıdır. Yatağda ilkin hasilata 2012-ci ildə başlanılmışdır. Hesablamalara görə, yatağın ümumi ehtiyatı 200 milyard m3 qaz və 40 milyon m3 kondensat həcmində qiymətləndirilir. Layihəni Risk Xidmət Sazişi əsasında 2017-ci ildə əsası qoyulmuş “Ümid-Babək Əməliyyat Şirkəti” (Umid-Babek Operating Company – UBOC) icra edir.

“Ümid-Babək” layihəsi ölkənin yanacaq enerji balansının tənzimlənməsində mühüm əhəmiyyətə malikdir. “Ümid” yatağının işlənməsinin genişləndirilməsi məqsədilə “Ümid-1 platformasından Hasilatın Sürətləndirilməsi” layihəsi üzrə işlər birbaşa SOCAR-ın rəhbərliyi ilə uğurla davam etdirilir. “Hasilatın sürətləndirilməsi” beynəlxalq təcrübəyə əsaslanaraq innovativ texnologiyalar və müasir avadanlıqlarla reallaşdırılan ilk layihələrdəndir. Layihədə əsas hədəf “Ümid-1” Özülündən nəql sistemindəki məhdudiyyətləri aradan qaldırıb, yeni quyular qazmaqla hasilatı artırmaqdır.

Ümid yatağından cari nəql xətlərində məhdudiyyətləri nəzərə alaraq gündəlik 3 milyon m3 qaz və 470 ton kondensat hasil edilərək, SOCAR-ın texnoloji sistemi ilə mövcud “Daşgil” terminalından Səngəçal baş qurğularına nəql olunur. Layihənin icrası nəticəsində gündəlik təhlükəsiz qaz hasilatının 3 milyon m³–dən 8.1 milyon m³-ə, kondensat hasilatının isə 470 tondan 1200 tonadək artırılması nəzərdə tutulmuşdur.