Rəhim Cavadov
Rəhim Cavadov 1993-cü ildə Azərbaycan Texniki Universitetinin (ATU) Elektrotexnika mühəndisliyi fakultəsinə daxil olub, 1998-ci ildə bakalavr, 2004-cü ildə isə magistratura proqramını bitirib.
Əmək fəaliyyətinə 2002-ci ildə “Azərbaycan John Brown” QSC-də mühəndis konstruktor kimi başlamış və 2006-cı ilə qədər həmin şirkətdə müxtəlif layihələrdə fəaliyyət göstərmişdir. 2006-2013-ci illərdə ardıcıl olaraq MCDERMOTT şirkətinin Azərbaycan, Qətər, Dubay, Astraxan, Orta Asiya ofislərində çalışmışdır. 2013-cü ildən - 2022-ci ilə qədər AMEC şirkətinin Abu-Dabi ofisində fəaliyyətinə başa vurduqdan sonra Umid Babək Əməliyyat Şirkətində işə başlamışdır.
Rəhim Cavadov 2022-ci il 15 noyabr tarixdən UBOC şirkətində Əməliyyatlar Qrupunun meneceri vəzifəsinə təyin edilmişdir.
Daha çox oxu